Tanınmış rejissor vəfat etdi

0
1132

Tanınmış teatr rejissoru və aktyor  Ədalət Ziyadxanov vəfat edib.

AnTv.Az xəbər verir ki, bu barədə aktyor Elxan Rza “Facebook” hesabında məlumat verib.

1946-cı ildə Bakıda- «Kubinka»da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.

O, Mədəniyyət və İncəsənət Universitetində  Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyiB. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin «Oğul» əsəri «Dərviş» mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.

Qeyd edək ki, Ədalət Ziyadxanov ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin