Tanınmış jurnalist Rusiya agentliyindəki vəzifəsindən niyə çıxarıldı?

0
28

Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.

AnTV.az xəbər verir ki, bu barədə məlumatı AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli yayıb:

“Tanınmış jurnalist, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu işdən çıxarılıb. Azərbaycanda Mətin Yaşaroğlunu tanımayan jurnalist və ictimai-siyasi xadim yoxdur. Qarabağ mövzusunda daima maraqlı yazılar yazırdı. Milli bir insandır. Son vaxtlar milli qüvvələrin üzərinə bir hücum başlanıbdır. Buna görə də Mətin Yaşaroğlunun uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.

Bununla bağlı “Yeni Sabah”a danışan Mətin Yaşaroğlu məlumatın doğru olduğunu bildirib. O qeyd edib ki, işdən çıxmaq qərarı qətidir, lakin səbəbləri haqqında danışmaq istəmir. “Martın 15-dən etibarən işdən uzaqlaşacam”- deyə jurnalist vurğulayıb.

İqtisadçı jurnalist Qadir İbrahimli isə Facebook-da M.Yaşaroğlunun tutduğu vəzifədən kənarlaşdırılmasının siyasi xarakterli olduğunu yazıb: “Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb. Bununla bağlı rəsmi açıqlama hələ yoxdur, güman ki, heç olmayacaq da. Çünki agenlikdəki mənbələrdən aldığım məlumata görə, Mətinin işdən çıxarılması Moskva ofisinin sifarişidir və siyasi xarakterlidir. Konkret desək, Moskva ofisi Bakı ofisindən tələb edir ki, erməni məsələsində Bakının yox, Yerevanın mövqeyindən çıxış etsin. Təbii ki, mənim tanıdığım Mətin belə şərəfsiz təklifə razı ola bilməzdi və olmayıb da. Özü də söhbət Xocalı soyqrımının ildönümünə təsadüf edib. Yəqin Moskva və Yerevan Xocalının ildönümü ilə bağlı xəbərlərin agentlikdə yayımlanmasını istəməyib. Mətin Yaşaroğluna dəstək olaq”!

Hüquq Müdafiəçisi Sahib Məmmədov Facebook-da bildirib: “Qonşu ölkələrin Azərbaycanda fəaliyyət göstərən KİV-lərinin hamısı (gizli və aşkar dəstəklənən KİV-lər nəzərdə tuturam) erməni məsləsində loyallıq göstərməlidir. Əks halda Siz dediyiniz olur. “Azadlıq” radiosunda bu çoxdan baş vermişdi”.

Jurnalist Rövşən Kəbirli yenə Facebook-da: “Bəli, Mətin bəy təəssübkeş, haqq etdiyini deməkdən qorxmayan bir soydaşımızdır. Və şimal ayısının erməni canlı olmasıda təsdiqlənmiş fakdır. Qalır Mətini müdafiə etməyə borclu dövlətin sərgiləyəcəyi mövqe. Vətəndaşına sahib çıxacaq, yoxsa itaət göstərib onların tələbini yerinə yetirəcək”.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin