Tanınmış aşıq vəfat etdi

0
33

Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib.

AnTV.az xəbər verir ki, tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.

2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilib.

 

 

 

  Nurlan Cəfəri

  AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin