Tamilla Qulami : “Xanım siyasətçi kimi xahiş və tələb edirəm”

0
154

Son günlər bir sıra siyasi qüvvələrin iclaslarının birbaşa yayımlanması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

AnTV.az-a açıqlamasında Azərbaycan Ümid Partiyası Sədrinin Təbliğat və Təşviqat Məsələləri üzrə müavini vəzifəsində Tamilla Qulami “Partiya, təşkilat, siyasi qüvvələrdə problemlər münasibətlər sistemindədir. Təəssüflər olsun ki bu qüvvələrin arasında olan problemlərdən ən çox əziyyət çəkən cəmiyyətdir. Ən azından həmin qüvvələrin üzv, liderləri çalışmalıdır ki, həmin münasibətlər aşağı səviyyədə olmasın. Münasibətlərin aşağı səviyyədə olması cəmiyyətdə inam və siyasiləşməyə ciddi təsir göstərir. Cəmiyyətin siyasi proseslərə maraq göstərməməsi ölkənin sosial-siyasi vəziyyətinin aşağı səviyyədə olmasına gətirib çıxarır.

Müxalifət-cəmiyyət, müxalifət-iqtidar, iqtidar-cəmiyyət münasibətlərində ciddi problem var. Siyasilər öz şəxsi münasibətlərini kənara qoyub, cəmiyyətin demokratikləşməsinə addımlar atmalıyıq. İnternet televiziyalarının operativliyi cəmiyyətin daha da siyasiləşməsinə gətirib çıxarır. Siyasilər fikirləşməlidir ki, bizə canlı yayımda insanlar baxır. Ona görə də, söyüş ritorikasından kənarda dayanmaq lazımdır.

Bir xanım siyasətçi kimi xahiş və tələb edirəm ki, siyasilər öz ritorikalarına diqqət etsinlər” – deyə qeyd etdi.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin