Taleh Xasməmmədov yoxa çıxıb  

0
41

Siyasi Məhbusların Müdafiə Mərkəzinin həmsədri, hüquq müdafiyəçisi Taleh Xasməmmədov yoxa çıxıb.

AnTV.az-ın xəbərinə görə, bu haqda hüquq müdafiəçisinin həyat yoldaşı  Fatimə Mövsum  məlumat verib. Onun sözlərinə görə, T.Xasməmmədova  dekabrın 27-si  saat 14:00-dan  zəng çatmır:

“Maşını həyətə qoydu, bir neçə dəqiqəyə gələcəyin deyib evdən çıxdı. İndiyədək  ondan bir xəbər ala bilmirik. Telefonuna zəng çatmır. Daha sonra telefonuna zəng çatsa da, telefonu söndürdülər. Xatırladım ki, Taleh Xasməmmədov sonuncu dəfə GRPŞ saxlandığı vaxtda  telefonuna əl qoyulmuşdu və  telfona bir neçə dəfə zəng çatsa da,  telefonu söndürmüşdülər. Bu səbəbdən çox narahatam. Gecə saatlarında whats-app-ı aktivləşib, lakin  heç bir dostuna, tanışına cavab verməyib. Bu vaxta kimi heç vaxt  belə olmayıb ki, Taleh harasa getsinŞ evə xəbər eləməsin. Hara getsə, ən azı  2 saatan sonra  harada olması haqda evə məlumat verib”.

O bildirib ki, artıq sözügedən hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin