Tailandda koronavirusa yoluxanların sayı artıb

0
6

Tailandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 7 nəfərə çatıb.

AnTV.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzetinin internet versiyası məlumat yayıb.

Qəzet təfərrüatlara toxunmayıb, yalnız rəqəmləri açıqlayıb. Bundan əvvəl 5 yoluxma halının qeydə alındığı deyilirdi. Onlardan dördü Çindən olan turist, biri isə yeni ildən əvvəl Çinin Uhan şəhərini ziyarət edən tailandlı idi.

Yerli Səhiyyə Nazirliyinin açıqlamasına görə, xəstəlik daşıyıcılarından dördü artıq sağalıb və evə buraxılıblar.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin