Tahir İmanovdan Mehman Hüseynova DƏSTƏK

0
4810
Tahir İmanov
Tahir İmanov

Azərbaycanın əməkdar artisti, aktyor, “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, rejissoru, Tahir İmanov şərlənərək həbs edilmiş siyasi məhbus blogger Mehman Hüseynova dəstək verərək onun həbsini və şərlənməsini pisləyib.

Tahir İmanov özünün sosial şəbəkədəki rəsmi ünvanında bu haqda yazıb. Məlum paylaşımı oxucularımıza olduğu kimi təqdim edirik.

Tahir İmanov: “Aprel döyüşləri vaxtı hərbçilərimizə sovqat yığımı ilə dəstək verən gənclər arasında Mehman da vardı. Və bu gün o, həbsdə 10 gündür ki, aclıq aksiyası keçirir. Bu qeyrətli mərd vətən oğlu şərlənərək həbsə atılıb” deyə məlum paylaşımda o qeyd edib.

Məlum paylaşımın screeni

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin