Suriya: Türkiyə ordusu Rəsuleyn ətrafındakı bəzi kəndləri işğal etdi

0
5

AnTV.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi – SANA Türkiyə ordusu (TSQ) və ona tabe milis qüvvələrinin Rəsuleynin ətrafındakı bir neçə kəndi işğal etdiklərini bildirib. Xəbər mənbələri Suriyanın şimal-şərqindəki Hasəkə əyalətinin Rəsuleyn şəhərinin ətrafında qarşıdurmaların şiddətləndiyini qeyd edir.

Bəzi qaynaqlar TSQ və ona bağlı milis güclərinin Rəsuleynin şərqinə şiddətli hücum təşkil etdiklərini və bəzi məhəllələri top atəşinə tutduqlarını bildirib. Xəbərdə, TSQ-nin yenidən təşkil etdiyi hücumlarda da Rəsuleyn ətrafındakı bəzi kəndləri işğal etdiyi qeyd edilib.

TSQ bu hücumları Rusiya Müdafiə Nazirliyi YPG qüvvələrinin sərhəddən 30 km geriyə çəkildiyini təsdiqlədiyi halda təşkil edir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin