Süpürgəçini maşın vurdu-durumu ağırdır

0
37

Bakıda daha bir süpürgəçini maşın vurdu. 

AnTV.az xəbər verir ki, bu dəfə hadisə saat 07:00-da paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib. 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızının durumunun ağır olduğu bildirilir. Bu haqda jurnalist Tatyana Kryuçkina sosial şəbəkədəki hesabında yazıb:

“Səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında maşın daha bir süpürgәçi qadını, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızını vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib, vəziyyəti ağırdır.”

 

  Nurlan Cəfəri

  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin