Sumqayıtın helikopterlərlə dezinfeksiya ediləcəyi xəbəri ilə bağlı – RƏSMİ AÇIQLAMA

0
2

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.

AnTV.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Şəhər ərazisində yerləşən inzaibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər günü dezinfeksiya edilir”, – İcra Hakimiyyətindən bildirilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin