Sumqayıtda süpürgəçi qadını avtomobil vurub

0
1

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.

AnTV.az “Report”un Sumqayıt-Abşeron bürosuna istinadən xəbər verir ki, hadisə 26-cı məhəllə ərazisində baş verib.

Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin