Sumqayıtda polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələyib

Sumqayıtda polis əməkdaşının silahla ehtiyatsız davranması ölümlə nəticələnib.

AnTV.az APA-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşı, polis baş leytenantı Rəhman Hüseynli tabel silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az