Sumqayıtda məktəblər direktorsuz qalıb

0
18

Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb.

AnTV.az xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsindən 30-nun direktoru olmaması barədə  xəbərlər yayılıb.

Nazirlikdən AnTV.az-ın sorğusununa cavab olaraq bildirilib ki, Sumqayıtda 50 ümumtəhsil məktəb var:

“Onlardan 10 məktəbdə hazırda direktor vəzifəsi vakantdır və bu vəzifə müvəqqəti olaraq direktor müavinləri və ya Təhsil Şöbəsinin metodistləri tərəfindən icra edilir. Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, vakant direktor vəzifələri ötən ilin noyabr ayında müsabiqəyə çıxarılıb”.

“Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilən  müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək müqaviləsi imzalanacaq”, – deyə nazirlikdən bildirilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin