SPİKER AVROPA İTTİFAQI İLƏ SAZİŞİN DETALLARINI AÇDI

0
42

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.

S.Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir:

“Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar.”.

 

AnTV.az 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin