SON DƏQİQƏ: Azərbaycanlılarla bağlı “Koca Yusuf” əməliyyatı BAŞLADI (YENİLƏNDİ)

0
24

Çinin karantində saxlanılan Vuhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşını təxliyə etmək üçün hazırlanan “Koca Yusuf” əməliyyatına start verilib.

AnTV.az xəbər verir ki, əməliyyatın adı verilən ambulansa çevrilmiş hərbi yük təyyarəsi bir neçə dəqiqə əvvəl Türkiyənin paytaxtı Ankarada hava limanından uçuşa başlayıb.

***

10:30

Çinin koronavirus yayılan Vuhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı “KocaYusuf” əməliyyatı ilə təxliyə olunacaq.

AnTV.az xəbər verir ki, vətəndaşlar ambulans təyyarəyə çevrilən hərbi yük təyyarəsi ilə Türkiyəyə göndəriləcək.

Sərnişinlər və ekipaj üzvləri xüsusi geyimlərlə təmin olunacaq. Onlar təyyarədən endikdən sonra 14 gün ərzində karantində qalacaqlar.

Türkiyə Səhiyyə Nazirliyi böyük bölümü təyyarədə tətbiq ediləcək əməliyyatın detallarını paylaşıb:

– Səhiyyə Nazirliyi “Yoluxucu xəstəlik baxımından yüksək riskli bölgədən təxliyə proseduru”nda Vuhana özəl olmaqla yenilik edib.

– Təyyarəyə minməzdən əvvəl təxliyə ediləcək insanlardan sağlam olduqlarına dair (məcburi istifadəsi tələb edilən dərmanlar daxil) bəyanat alınacaq. Vuhan Hava limanında mümkün olsa, bu şəxslər xüsusi yerdə infeksiya xəstəlikləri mütəxəssisi tərəfindən müayinə ediləcək.

– Hər kəs maska taxacaq. Bu maskalar nəmləndikcə dəyişdiriləcək. Səfər müddətində paket qidalar, birdəfəlik istifadə üçün nəzərdə tutulan içkilər və qablar hər şəxsə ayrı paketlərdə veriləcək. Tullantılar şəxsi zibil qutularına atılacaq. Eyni anda birdən çox insan maskasını çıxarıb yemək və su qəbul edə bilməz.

– Uçuş əsnasında hər hansı şəxsdə infeksiya əlaməti aşkarlansa, təyyarədaxili tədbirlər görüləcək. Nəqliyyat vasitəsi mümkün olan ən uzaq zolağa enəcək. Minimum heyətlə qarşılanacaq. Qapı açılan zaman bu işdə məsul şəxslərdən başqa, hamı təyyarədən uzaqlaşdırılacaq. Sərnişinlər kimsəylə təmasda olmayacaq. Pilotlar üçün xüsusi təxliyə üsulu tətbiq olunacaq. Təyyarə dezinfeksiya ediləcək.

– Xüsusi quraşdırılmış ambulanslarla sərnişin və ekipaj üzvləri 14 gün ərzində karantində saxlanacaq. Onların saxlandığı bölməyə xüsusi şifrəylə daxil olunacaq.

Türkiyə Səhiyyə Nazirliyi Çindəki vətəndaşları təxliyə etmək tədbirlərini tamamlayıb. Səhiyyə naziri Fəxrəddin Koca karantin bölgəsindəki vətəndaşların yaxşı vəziyyətdə olduğunu açıqlayıb.

Nazirlik təyyarədə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablardan, paket qidalardan və zibil qutularından istifadəyə icazə verəcək. Eyni anda birdən çox insanın maskasını çıxararaq yemək yeməsinə və su içməsinə icazə olmayacaq. Qoruyucu maskalar nəmlənən kimi dəyişdiriləcək.

Qeyd edək ki, bu əməliyyatın həyata keçirilməsinə ötən gün Rəcəb Tayyib Ərdoğan qərar verib.

Xatırladaq ki, Çində ortaya çıxan yeni tip koronavirus 170 nəfərin həyatına son qoyub. 1000-dən çox insanın vəziyyəti ağırdır. Bu günə qədər 103 nəfər müalicə olunaraq evə buraxılıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin