Siyavuş Novruzovdan Əli Kərimliyə ittiham

0
7

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov qeyd etdi ki, insan alverinin əsas elementlərindən biri də miqrant alveridir.

AnTV.az xəbər verir ki, YAP-çı deputat AXCP sədri Əli Kərimlini miqrant alveri ilə məşğul olmaqda ittiham etdi: “Bu, kifayət qədər sənədlərlə təsbit olunub. İstər Almaniya polisinin qaldırdığı sənədlər, istər İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşıları belə deyək ki, Avropaya satılıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Bir siyasi partiya digərinin, həmin partiya isə o birinin üzərinə atır. Hər birində də ildə 150-200 belə insan var. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin