Siyavuş Novruzov: “Sinəmizi qabağa verib bunlara cavab verməliyik”

0
14

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov əvvəlcə Birinci vitse-spiker Ziyafət Əsgərovun gündəlikdəki məsələlərdən kənar çıxış edən deputatlara irad tutmasına toxundu.

AnTV.az xəbər verir ki,  millət vəkili çıxışında deyib: “Elə məsələlər var ki, biz bunu burda demiriksə, onu Feysbuk üzərində deməyin heç bir mənası yoxdur. Hansı qanunun müzakirəsindən asılı olmayaraq, deputatın vətəndaşlıq borcudur ki, vətəndaşları narahat edən məsələləri burada qaldırsın, sözünü desin. Mən istəyirdim deyim ki, gedək Krılovun “Qurd və quzu” əsərini təzədən çap etdirək. Çünki yerli-yersiz Azərbaycana qarşı müxtəlif bəhanələrlə kampaniyalara aparılır. Biz həmkarlarımızla bütün bunlara cavab verməliyik”.

S.Novruzov dedi ki, xarici qüvvələr, ayrı-ayrı dövlətlər idman oyununu siyasətə qatır, ölkəmizə qarşı kampaniya aparırlar: “Böyük Britaniyanın iri şirkətləri illərdir ki, Azərbaycanda çalışır, nədənsə təhlükə indi yadlarına düşüb. Azərbaycanda neft çıxaranda bu ölkə təhlükəli deyildi, amma “Arsenal”ın 3 oyunçusu Azərbaycana gələndə təhlükə yadlarına düşür. Nəyə görə Azərbaycan dünyanın ən təhlükəsiz məkanı elan olunanda bu barədə məsələlər yadlarına düşmürdü? Azərbaycan üzərindən Əfqanıstana yük daşıyanda problemlər yox idi, antiterror əməliyyatları çərçivəsində ABŞ-a hava məkanı verəndə hava şəffaf idi. İndi nə oldu iki futbol komandası Azərbaycanda oynayanda hava “tutulur”?”

Komitə sədri bu prosesdə azərbaycanlıların da yer aldığını vurğuladı: “Sapı özümüzdən olan baltalar 5 manat pulun əvəzində ölkəmizə qarşı çıxış edirlər. Bunlara biz münasibətimizi bildirməliyik. Azərbaycan Avropa İttifaqının ən yaxın tərəfdaşıdır, 20 milyardlıq layihə həyata keçirilib. Bunu kənara qoyub başqa detallardan tutub yalan informasiya yayırlar. Bu gün internet məkanının imkanlarından istifadə edib Azərbaycanın əleyhinə təbliğat aaprırlar. Elə bil bunların düyməsi eyni məkandan basılıb, eyni vaxtda başlayıblar. İmkan verə bilmərik ki, bunlar Azərbaycan prezidentinin siyasətini, Azərbaycan xaqlının milli maraqlarına xələl gətirsinlər. Biz sinəmizi qabağa verib bunlara cavab verməliyik”.

Deputat Hikmət Məmmədov da S.Novruzovun dediklərini müdafiə etdi. Deputat dedi ki, hər bir normal azərbaycanlı işğalçı ölkənin baş nazirinə qarşı aksiyalar keçirməlidir, Azərbaycan prezidentinə qarşı deyil.

Z.Əsgərov isə öz növbəsində dedi ki, bu kimi böhtan kampaniyaları əvvəllər də olub və bu, yenilik deyil.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin