Siyavuş Novruzov Elçibəyi ermənilərə xidmət etməkdə günahlandıraraq təhqir etdi

0
2237

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov eks-prezident Əbülfəz Elçibəyi təhqir etdi.

AnTV.az xəbər verir ki, deputat TV Müsavatın “Canlı debat” verilişində aparıcı Sevinc Telman Qızının 19 oktyar mitinqi ilə bağlı verdiyi suala cavab verərkən siyasi səhv buraxıb.

S.Novruzov, AXCP sədri Əli Kərimlini tənqid edərkən eks-prezident Əbülfəz Elçibəyi Paşinyana xidmət etməkdə günahlandırıb:

“Əli Kərimli Əbülfəz Elçibəydən daha çox Paşinyana xidmət edir.”

Məlumat üçün bildirək ki, Nikol Paşinyan Əbülfəz Elçibəyin hakimiyyəti dövründən vəfat etdiyi ilə qədər “Oragir” və “Haykakan Zhamanak” qəzetlərinin müxbiri və redaktoru olub.

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin