Siyasi Partiyalar növbəti dəfə bir araya gələcək

0
201

Azərbaycanda fəaliyyət göstərən və rəsmi dövlət qeydiyyatında olan siyasi partiyaların ümumi görüşü planlaşdırılıb.

AnTV.az xəbər verir ki, bu barədə sabiq baş nazir Panah Hüseyn sosial şəbəkədə bəyan edib.

Sabiq nazirin bildirdiyinə görə, görüş 30.03.2019 tarixində AMİP-in mənzil qərargahında baş tutacaq:

“DİQQƏT! Siyasi Partiyaların görüşü

Sabah, 30.03.2019 tarixində, saat 12 00- da, AMİP- qərarqahında və təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən və rəsmi dövlət qeydiyyatında olan, üzünü müxalifətdə olduğnu bəyan edən bir qrup siyasi partiya nümayəndələrinin görüşü olacaq. Geyri – rəsmi məlumata görə 18 siyasi partiyaya dəvət göndərilib. Toplantıda ölkədə və dünyada siyasi vəziyyət, Qarabağ probleminin həlli üzrə danışıqlar və müxalifətdə olan siyasi partiyaların münasibətləri məsələlərinin müzakirəsi gözlənilir.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin