“Siyasi mühacir” yoxsa “mühacir alveri” ? – ŞƏRH – ÖZƏL

0
651

Ölkədə yenidən etiraz dalğaları başlaya bilər.

AnTV.az xəbər verir ki, son günlər ölkə gündəmində müzakirə olunan əsas mövzulardan biri də Avropa ölkələrindən deport olunması gözlənilən siyasi mühacirlərdir. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının bir qisminin adı “mühacir alveri”ndə hallanır. Həmin şəxslərin Azərbaycana deport olunacağı təqdirdə ölkədə siyasi proseslərdə gərginlik yaşanacağı gözlənilir.

Politoloq Əhəd Məmmədli AnTV.az-a sözügedən məsələ ilə bağlı “Bu qədər insanın Avropa ölkələrinə üz tutması xoş hal deyil. Hakimiyyət bu məsələni ciddi düşünməlidir. Sənəd satan müxalifət partiyalarına gəldikdə isə onlar yenə də öz işlərinə davam edəcək. Lakin deport olunan şəxslərin həmin partiyaların qərargahları qarşısında etiraz aksiyaları keçirməsi gözlənilir. Bu da ölkədə ardıcıl etiraz dalğasına gətirib çıxara bilər” – deyə bildirdi.

Politoloq Əhəd Məmmədli

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin