“Sərhəd” şərti adı altında Rusiya ilə birgə əməliyyat-axtarış tədbirləri keçirilib

0
20

Rusiya Federasiyası tərəfindən axtarılan 12 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 61 nəfər saxlanılıb.

AnTV.az- ın xəbərinə görə, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda belə deyilir. Belə ki, 2018-ci il  noyabrın 19-dan 25-dək Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə əməliyyat-axtarış tədbirlər keçirilib.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini, o cümlədən Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 18 şəxs saxlanılıb. Məlumatda bildirilib ki, qanunsuz saxlanılan 9 avtomat silahı, 1 qumbaraatan, 5 tapança, 80 tüfəng, 31 ədəd sandıqça, 40 qumbara, 30 ədəd qumbara alışdırıcısı, 20 ədəd digər hərbi ləvazimat və sursat, 5642 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Məlumatda deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub. Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin