Səlyan rayonunda dəhşətli qətl-Arvadının başını kəsdi

0
27

Səlyan sakini 1982-ci il təvəllüd Hüseynov Nahid Zeynalabdin oğlu  qısqanclıq zəmnində həyat yoldaşı 1983-cü il təvəllüd Hüseynova İlahə Əbdürrəhim qızının başını kəsib . 

AnTV.az xəbər verir ki bu gün saat 11 radələrində Səlyan rayon Köhnə Bərə ağzı məhəlləsi adlanan ünvanda dəhşətli qətl hadisəsi baş verib. N. Hüseynov otaqda olan Zaur adlı Səlyan sakininə də ağır bədən xəsarətləri yetirdikdən sonra intihara cəhd edib .Qonşuların köməyi ilə xəstəxanaya çatdırılan Nahid və Zaurun vəziyyətinin ağır olduğu bildirilir. Qonşulardan aldığımız ilkin məlumata görə hadisə qısqanclıq zəmnində baş verib.

Belə ki, Nahid evə daxil olduqda həyat yoldaşını qonşusu Zaurla bir yerdə görüb, əsəblərinə hakim ola bilməyib.Hadisə yerinə Səlyan Rayon Polis Bölməsinin əməkdaşları gəlib, araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin