Şəki şəhərindən icra başçısına etiraz: sahibkarlar kütləvi tətilə başladı – VİDEO-ÖZƏL

0
241

Şəki şəhər əhalisi prezidentdən kömək gözləyir…

AnTV.az xəbər verir ki, Şəki Şəhər İcra başçısı Elxan Usubovun iş adamlarını qanunsuz olaraq incidərək, iş adamlarından feodal dövrlərdə olduğu kimi xərrac toplaması haqqında məlumat vermişdik.

Eyni zamanda başçıya xərrac verməyi qəbul etməyən iş adamlarının isə Şəki şəhərində yerləşən bazarlara girişi qadağan edildiyi haqqında məlumatlar gəzir. 

Görünür, şəhər sahibkarları artıq mövcud durumdan bezib. Belə ki, bazarlarda satıcılar, qəssablar və bir sıra xırda və orta iş adamları kütləvi tətilə başlayıb.

Səbəbi isə birmənalı olaraq icra başçısının qanunsuz əməlləri, vətəndaşlardan və iş adamlarından qanunsuz pul yığmalarıdır.

Rayondan verilən məlumata görə, artıq şəhərin bazarlarında piştaxtalar boşaldılıb, satıcılar isə işə gəlmirlər.

Şəhər sakinlərinin AnTV.az-a göndərdiyi videoda da göründüyü kimi, bazarlar boşalıb, satıcılar gözə dəymir.

 

Dəyəri 10 milyon manatlarla ölçülən mülklərə sahib olan Elxan Usubovun adı keçən il Türkiyəli sənətçiyə ev verməkdə də hallanıb. Belə ki, Türkiyəli müğənni Petek Dinçözə böyük bir torpaq sahəsi bağışlamış, sözügedən müğənninin mediada etirafından sonra icra başçısı sənətçini yalan danışmaqda ittiham etmişdir.

Mövzunu diqqətdə saxlayacağıq…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin