Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

0
25

Ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

AnTv.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin