“İstəyirsiniz ki, qolunuzdan tutub maşınlara basaq?” – POLİS

0
140

 Şəhid ailələri Milli Məclisin binasının qarşısında aksiya keçirir. 

AnTV.az-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, şəhid ailələri  aksiyaya saat 9:30-dan Şəhidlər Xiyabanın qarşısından başlayıblar.  Aksiya başlamazdan öncə, əraziyə polis dəstələri yeridilib. Onlar bildiriblər ki, ərazidə aksiyanın keçirilməsinə icazə yoxdur. Şikayətinizi Prezident Administrasiyasına edin. Buna etiraz edən şəhid ailələriylən polis arasında qarşıdurma yaranıb: “İstəyirsiziniz ki, qolunuzdan tutub maşınlara basaq? Xoşluqla ərazini tərk edin”-, deyə özünü Bakı Şəhət Baş Polis İdarısinin əməkdaşı kimi təqdim edən polis nümayəndəsi bildirib.

Saat 11 radələrində Parlamentin binasının qarşısında şüarlar səsləndirən aksiya iştirakçıları Şəhidlər Xiyabanından polislər tərəfindən çıxardılaraq uzaqlaşdırılaraq,  polisin müşaiyəti ilə Milli Məclisin qarşısına yönləndirilbilər.

Daha sonra aksiya iştirakçıları PA-nın qarşısına gediblər. Burada da şüarlar səsləndirib, problemlərindən KİV nümayəndələrinə gileylənən aksiya iştirakçılarının 5 nəfəri danışıqlar aparmaq üçün PA-nın qəbul şöbəsinə dəvət ediliblər.

Aksiya hazırda davam edir.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin