Seçkilərin saxtalaşdırılmasına görə keçiriləcək olan mitinqə daha bir dəstək Rəsul Quliyevdən gəldi

0
173
Eks-spiker Rəsul Quliyev

“Əgər mitinqə icazə verilsə ən azı 50 min iştirakçı olacaq ,davamlı olarsa ikinci mitinqə 100 min adam gələcək.”

AnTV.az xəbər verir ki, bunu Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev deyib.

Eks-spiker hesab edir ki, 9 fevralda baş tutan seçkilərdə iştırak edən namizədlərin cəmi 40-50 %-i təmiz qələbə qazanıblar:

“Bir daha parlament seçkiləri haqqında:

Seçkilərdə iştirak edən namizədlərin 40-50 faizi özləri həqiqətən udublar. Yerdə qalan seçki dairələrində qismən və ya total saxtalaşdırılma olub. Hökümətin bu siyasəti cəmiyyətdə təlatümlə qurtara bilər. Əgər mitinqə icazə verilsə ən azı 50 min iştirakçı olacaq, davamlı olarsa ikinci mitinqə 100 min adam gələcək. Ümumiyyətlə seçkilərin Azərbaycansayağı keçirilməsinin çox əcaib qaydaları vardır. Həmin öz gücünə udan 40-50 %-in deputat olması üçün (camaatın səsinin heç bir əhəmiyyəti yoxdur) hökümətin icazəsi lazımdır.

Ümumiyyətlə hökümət icazə vermədən heç kim deputat ola bilməz. Bu dəfəki seçkilər əvvəlki total saxtalaşdırmaqdan bir qədər fərqlənir. Əvvəllər seçkiyə bir neçə ay qalmış aksion başlayırdı. Deputatlığa təyin olunanlar aksionda iştirak edir və kim çox rüşvət verirdisə o da deputat təyin olunurdu. Bu dəfə seçkilərə bir həftə qalmış hələ kimin deputat olacağına komanda verilməmişdi. Ancaq prezident aparatının çinovlikləri keçən seçkilərdə klientləri olmuş deputatlara “pulunu hazırla gözlə məsələni həll edəcəyik” sözünü vermişdi. Seçkilərə iki gün qalmış komandalar verildi. Komandaları prezident aparaqtından kimlərin verdiyi məlumdur. Aldıqları rüşvətin miqdarı da məlumdur.”

Eks-spiker hesab edir ki, bütün saxtakarlıq baş vermiş dairələrin nəticələri ləğv olunmalı, səbəbkarlar isə cəzalandırılmalıdır:

“Hökümətin başçısı ilk növbədə ən azı 30 % saxtalaşdırılmış seçki dairələrində nəticələri ləğv etdirməlidir və onun razılığı ilə komanda verən (çox ehtimal o rüşvət al komandası verməyib) işçilərini vəzifəsindən azad etməlidirlər.”

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin