Saxlanıldığı iddia olunan jurnalistlərdən xəbər var – YENİLƏNİB

0
25

Şəki şəhərində xidməti vəzifəsini yerinə yetirərkən jurnalistlərin saxlanılması haqqında xəbər vermişdik.

Dəqiq mənbələrdən AnTV.az-a verilən məlumata görə jurnalistlər çəkiliş apararkən polis əməkdaşları onlara yaxınlaşaraq kimlik tələb etmiş, nə üçün və hardan gəldiklərini soruşaraq çəkilişi dayandırmaq şərti ilə buraxıblar.

Hal-hazırda AnTV.az-ın Şəkiyə ezam olunmuş müxbirləri Bakıya geri dönürlər.

 

*   *    *

Şəkidə qəssablar icra başçısına qarşı dinc etiraz aksiyası keçiriblər.

AnTV.az xəbər verir ki, Şəki şəhərinə vəzifə borcunu yerinə yetirməyə gedən jurnalistlər saxlanılıb.

Jurnalistlərdən AnTV.az-ın əməkdaşları Namir Həsənli, Fərid İsmayılov, o cümlədən jurnalist Gülnaz Qənbərli saxlanılıb. Məlumatda bildirilir ki, jurnalistlər dinc aksiyanı işıqlandıran zaman polis əməkdaşları yaxınlaşıb onlara vəzifə borcunu yerinə yetirməyə mane olub, daha sonra maşına əyləşdirib aparıblar.

Jurnalistlərin Şəki Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilir.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin