“Savaşçı” filminin azərbaycanlı aktyorları “Salaam Cinema”-ya dəstək oldu – ÖZƏL

0
252

Türkiyədə yayımlanan “Savaşçı” serialında çıxış edən azərbaycanlı aktyorlar “Salaam Cinema”-nın yerləşdiyi tarixi abidənin sökülməsinə münasibət bildiriblər.

Azərbaycanlı aktyorlar Elvin Əhmədov Kənan M.M abidənin sökülməsi təhlükəsinə görə AnTV.az-a açıqlama verərək gənclərə öz dəstəklərini bildiriblər.

Elvin Əhmədov

 

Gənc aktyor Elvin Əhmədov hesab edir ki, gənclərin tarixi abidədə yığışmağı özü bir yaxşı hadisədir və o bina sökülməməlidir:

“Əgər bu abidənin içində belə bir işlər görülürsə, filmlər nümayiş olunursa, hər nə yaxşı işlər görülürsə və bu işlər Azərbaycan kinosuna xidmət eləyirsə mənə elə gəlir ki, bu abidə heç bir şəkildə sökülməməlidir. Bu gənclərin tarixi abidədə yığışmağı özü bir yaxşı hadisədir. Zatən Azərbaycan kinosunun inkişaf etdirilməsi üçün elə də çox qurum yoxdur. 

Bundan əlavə nəzərə alaq ki, Azərbaycan Prezidentinin Azərbaycan kinosunun inkişafı üçün çox ciddi qərarı var. Belə ki, filmlərimiz 3 il ard-arda efirlərdə mütəmadi yayımlanacaq, 3 il ərzində dövlət hesabına bir çox kinolar çəkiləcək. Belə bir dövrdə niyə bu abidə sökülsün axı. Birincisi, ona görə ki, o tarixi bir abidədir, ikincisi də binada kinomuzun inkişafı üçün işlər görülür, gənclər üçün müxtəlif dərslər keçirilir. Və videolardan da göründüyü kimi sırf gənc kollektiv bir yerə toplaşıb. Bu abidə heç bir halda sökülə bilməz. Onlar öz işlərini başqa yerdə də görə bilərlər amma bu abidə də qalıb işlərini davam etdirməlidirlər.”

Kənan M.M

Hazırda “Savaşçı” serialında çəkilən digər azərbaycanlı aktyor, bir çox filmlərdə baş rol alan və bir neçə filmlərin çəkilməsində yaxından iştırak edən Kənan M.M hesab edir ki, vətəndaş olaraq onlara dəstək olmalıyıq:

“Həm gələcək və hazırkı dönəm üçün çox üzücü bir hadisədir. Bizim filmlərimiz kinoteatrlarımızda məhv olub gedir zatən. Əksər kommersiyaçılar öz ciblərini düşünürlər. Qınamıram onları, öz hüquqlarıdır. Amma, bu gənclər sırf kino sənətinin inkişafını düşünürlər. Və bundan əlavə o tarix dolu binada bunu nümayiş etdirmək çox gözəl bir addimdir. 

Biz vətəndaş və dövlət olaraq yalniz dəstək ola bilərik, sökməydən, dağıtmağdan asand nə var ki…”

Bundan əlavə, Kənan M.M sosial şəbəkədə dünən “Salaam Cinema”-da çəkilmiş videonu paylaşaraq də dəstək nümayiş etdirib:

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin