Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb

0
10

2018-ci ilin iyulunda İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan ərəb ölkələrindən birinə qaçaraq orada gizlənir.

AnTV.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bildirib. O, sabiq prezidentin qardaşının ekstradisiyası ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: “Proses olduqca uzun və çətindir, yüzlərlə prosedur var”.

Xatırladaq ki, L. Sarkisyan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılır. Məhkəmə L.Sarkisyan haqda sənədləri incələdikdən sonra həbs qərarı çıxarıb.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin