Fransada etiraz aksiyaları keçirən “sarı jiletlilər”ə görə, indiyədək 4 nəfər ölüb.
AnTV.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Fransanın Baş naziri Eduard Filipp Fransa telekanallarının efirində xalqa müraciətində belə deyib.
“Hərəkat başlayandan indiyədək 4 vətəndaşımız ölüb. Çox sayda vətəndaş, o cümlədən hüquq-mühafizə orqanlarımızın əməkdaşları xəsarətlər alıblar”-, deyə o, bildirib.
Qeyd edək ki, noyabrın 17-dən indiyədək Fransada avtomobil yanacağı qiymətlərinin qalxmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, bu hərəkatın üzvləri aksiya zamanı sarı jiletlər geyinirlər.
Gülnaz Qənbərli
AnTV.az