“Safay” uşaq bağçasının müdirəsi məhkəmə qarşısında

0
23

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə rüşvətalma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdirəsi Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AnTv.az-ın xəbərinə görə, ittiham olunanlardan barəsində həbs qətimkan tədbiri seçilməyən Azər Əliyev məhkəmənin hazırlıq iclasının başlanacağı tarix haqqında  məlumat verilsə də prosesə gəlməyib. Prosesdə  digər təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Aləmzər Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb.

Zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirildikdən sonra onlar vəsatətlə çıxış ediblər. Zərərçəkmişlər təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdıqlarını bildiriblər.

Hakimlər mülki iddiaları icraata qəbul edib.

Qeyd edək ki, ittihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.

Gülnaz Qənbərli

AnTv.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin