Siyasət

Sabiq spiker Rəsul Quliyev ABŞ-dan yazdı

“Yanvarın 6-da ABŞ Konqresinin binasında baş verən hadisəyə həm daxildə, həm də xaricdə müxtəlif qiymətlər verilir. Bəziləri dövlət çevrilişinə cəhd, bəziləri ABŞ demokratiyasının zəifliyindən danışırlar. ABŞ konstitusiyası ölkədə heç bir dövlət çevrilişinin həyata keçirilməsinə imkan vermir və verməz. ABŞ konstitusiyası çox mühüm fundamentə söykənmiş ən dərin demokratiyalı bir cəmiyyət yaradıb və onu heç bir dəcəl, özündən razı Prezident sarsıda bilməz”.

AnTV.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, ABŞ-da prezidenti ştatların nümayəndələri seçir və verilmiş ümumi səslərin sayı əhəmiyyət kəsb etmir: “Rusiya kimi dövlətlər bunu anti-demokratik hesab edir. Amma əksinə, bu, demokratiyanın yüksək formasıdır, bütün ölkələr tədricən açıq cəmiyyət prinsipinə gəlib çıxacaq. Əgər bir başa seçkilər olsa, namizədlərin hamısı maksimum 4-5 ştatla (əhalisi 10 milyondan çox olan ştatlarla) işləyəcək, kiçik ştatlara heç yaxın gedən olmayacaq. Amerika demokratiya prinsipinə az qala hər vətəndaşın səsini almağa cəhd edirlər. Bu, konstitusiya ilə müəyyənləşdirilib və faktiki kimlərinsə konstitusiyanı pozmaq şansı yoxdur”.