Sabiq polis əməkdaşına 9 il həbs cəzası verildi

0
40

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 31 yaşlı Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AnTV.az xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Şaban Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, paytaxt sakini Ülvi Abdullazadə “Ukrayna” dairəsində yerləşən parkda bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkmişə polis əməkdaşı kimi təqdim edərək, sözügedən cinayəti törədib. Əməliyyat tədbirləri ilə Ş.Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub. O, əsasən parka gələrək istirahət edən cütlüklərə yaxınlaşaraq ictimai asayişi pozmaq bəhanəsi ilə pul tələb edirmiş.

Qeyd edək ki, Şaban Məmmədov barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 228-ci (qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında məlum olub ki, Şaban Məmmədov daha əvvəl polis əməkdaşı olub. O, qanunsuz əməllərinə görə daxili işlər orqanlarından qovulub.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin