Sabiq müstəntiq cəbhə yoldaşlarını niyə və kimə satdı? – ƏTRAFLI

0
461

Sabiq müstəntiq Rüfət Səfərov AXCP üzvünün ailəsinə olan basqın haqqında status paylaşıb.

AnTV.az xəbər verir ki, sabiq müstəntiq, hakimiyyətin həbs represiyasından öz “pay”ını almış Rüfət Səfərov 19 oktyabr Demokratik Qüvvələrin Milli Şurasının mitinqinin əsas təşkilatçısı Nicat Abdullazadənin evinə polis basqını olduğu və daha 2 nəfər “cəbhəçi”-nin həbs olunduğu haqqında status paylaşıb:

Buracan hər şey əla, hər şey qaydasında. Sabiq müstəntiqin indiki cəbhə yoldaşlarına dəstək olması normal bir haldır.

Məsələnin qəribə tərəfi isə Rüfət Səfərovun bir neçə saat sonra statusu silməsidir. Gəlin onun feyzbuk profilinə online nəzər salaq:

Nicat Abdullayevin ailəsinə qarşı zor tətbiq edilib, daha 2 AXCP fəalı saxlanılıb. Hakimiyyətin bu zorakı siyasətini ictimailəşdirmiş keçmiş müstəntiq Rüfət Səfərov bu olayları tənqid edib. Daha sonra hakimiyyət daxili görünməz “əllərin” sifarişi ilə məlum statusu silib…

Bu hakimiyyətin qurbanlarından biri olmuş, həyatının bir neçə ili hakimiyyət tərəfindən oğurlanmış sabiq müstəntiqi statusu silməyə məcbur edəcək “qara qüvvələr” kimlərdir? Yəqin ki, sualın cavabı hər kəsə məlumdur.

Atalar misalı var: “Satılmayan insan yoxdur, sadəcə hər kəsin qiymətini bilmək önəmlidir”

Rüfət Səfərovun müstəntiq işlədiyi vaxtlarda etdiyi “əməl”lər çoxuna məlumdur, açıb ağartmağa gərək yoxdur. Onun cəbhədaşlarına olan bu “xəyanət”i keçmiş siyasi məhbusun vaxtından əvvəl azadlığa çıxmasının səbəbinə də qismən aydınlıq gətirmiş olur.

Cəbhə yoldaşlarını 1 əlahiddə zəngə satmaq yəqin sabiq müstəntiqin keçmişdən qalma pis vərdişlərindəndir.

P.S. P.S: Belə bir məsəl var, “təqaüdçü KQBşnik olmur, KQBşnik elə qəbirə qədər KQBşnikdir”

 

AnTV.az

 

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin