Saakaşvilidən Bakıya dəstək: İvanişvili qazanacaq deyə…

0
13

Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb.

AnTV.az  xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Bizim ən kritik anlarımızda belə qaz tədarükündən imtina etməyən Azərbaycan kimi strateji tərəfdaşımız var. Bir tərəfdə soyuq qışda qaz kəmərini partladıb Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə rus qazından minimum 20% daha ucuz Azərbaycan. İvanişvili əhaliyə bahalı qaz satışından on milyonlarla lari qazanacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə rəsmi Tiflis Gürcüstanın qazla təchizatının diversifikasiya üçün Rusiyadan qaz alacağını elan edib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin