S-300 ABŞ-ın əlinə keçdi

0
23

ABŞ hərbi poliqonlarından birində S-300 zenit-raket kompleksləri qeydə alınıb.

AnTV.az xəbər verir ki, bu barədə “Defense Blog” portalı peyk çəkilişlərinə istinadən bildirir.

Görüntülərdə S-300 komplekslərinin tərkibinə daxil olan radilokasiya işıqlandırmalı komanda məntəqəsi və iki buraxılış qurğusu görünür. Poliqonun adı və harada yerləşdiyi, habelə S-300 komponentlərinin həqiqi olub-olmadığı haqda heç nə deyilmir.

Əgər bu görüntülər həqiqidirsə ABŞ Rusiyanın qabaqcıl zenit-raket komplekslərinin sirlərini öyrənmək baxımından mühüm fürsət əldə edib. Çünki S-300 komplekslərində istifadə olunan texnologiya xeyli ölçüdə S-400 komplekslərində də tətbiq olunur.

Rusiyanın “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko hesab edir ki, ABŞ hərbi poliqonlarından birində aşkar olunmuş S-300PT zenit-raket kompleksləri Ukrayna tərəfindən ötürülə bilərdi. Ekspert xatırladıb ki, prezident Pyotr Poroşenko Pentaqona sovet hərbi texnikasının nümunələrinə çıxış imkanı yaradıb.

Ola bilsin bu çərçivədə ABŞ Hərbi Hava Qüvvələrinin S-300 sovet zenit-raket sistemlərini öyrənməsinə və onlara qarşı müdafiə yaradılmasına imkan verilib”-o deyib.

Korotenko hesab edir ki, bu kompleksləri öyrənmək ABŞ üçün faydasız  olacaq, çünki onlar çoxdan köhnəlib. “S-400 kimi müasir Rusiya hərbi texnikasının sovet dövründə buraxılmış S-300 kompleksləri ilə heç bir ümumi cəhətləri yoxdur”-o deyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin