Səudiyyə təyyarələri Yəməndə səhvən öz müttəfiqlərini vurub – 17 ölü var

0
14

  Ölkənin əl-Bəyda əyalətində Qaniyə bölgəsində baş verən bu hadisədə Abdu-Rabbih Mansur Hadini dəstəkləyən qüvvələrdən 17-i ölüb və onlarla yaralanıb.

AnTV.az xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin əl-Bəyda əyalətində səhvən öz müttəfiqlərinin mövqelərini bombalayıb.

Bildirilib ki, mərkəzi qərargahı cənubda Ədən şəhərində yerləşən Yəmən Ordusunun “117-ci Briqadası”nın mövqelərinə Səudiyyə Ərəbistanı koalisiyasının təyyarələri tərəfindən hava zərbələri endirilib.

Ölkənin əl-Bəyda əyalətində Qaniyə bölgəsində baş verən bu hadisədə Abdu-Rabbih Mansur Hadini dəstəkləyən qüvvələrdən 17-i ölüb və onlarla yaralanıb.

Qeyd edək ki, sabahdan Yəmən münaqişəsinin tərəfləri arasında İsveçdə danışıqlar başlayır. İsveçə yollana bilən husi nümayəndələri bildirib ki, danışıqlara baxmayaraq Səudiyyə koalisiyası Yəməndə müxtəlif cəbhələrdə hücumu davam etdirirlər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin