Şəhid ailələri 9-cu Polis Bölməsinin qarşısına yürüş edir (YENİLƏNİB)

0
41

Şəhid oğlu Toğrul Etibar oğlu Qocayev təxminən 2 saat bundan öncə Prezident Aparatının qarşısından mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Aksiyada iştirak edən şəhid ailələrinünü nümayəndələrinin AnTV.az-ın əməkdaşına verdiyi məlumata görə, T.Qocayevi aksiyanın təşkilatçısı olduğu üçün aparıblar.

***

9-cu Polis Bölməsindən aksiya iştirakçılarına bildiriblər ki, Toğrul Qocayevi  bu bölməyə aparmayıblar. Hazırda gərginlik davam edir.

***

AnTV-nin əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyası keçirən şəhid ailələri Səbayıl Rayon Pİ-nin 9-cu Polis Bölməsinin qarşısına doğru hərəkət edirlər. Onlar Toğrul Qocayevin yerini öyrənməyə çalışırlar.

***

Saat 13:00-dan başlayaraq Şəhid ailələri Metronun “İşərişəhər” stansiyasının qarşısından Prezident Adminstrasiyasının önünə doğru yenidən hərəkət edirlər.

Onlar  dayanmadan “Şəhidlərin haqqı yeyilməz!” şüarını səsləndirirlər.

***

Dekabrın 11-də Bakıda Şəhid ailələrinin 100-ə yaxın nümayəndəsi  yenidən Azərbaycan Respubılikasınını Prezident Administrasiyasının qarşısına toplaşaraq, etiraz aksiyasi keçirirlər.

AnTv.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsidir. Onlar  dayanmadan “Şəhidlərin haqqı yeyilməz!” şüarını səsləndirirlər.

Polis əməkdaşlarıyla  etirazçılarda şəhid anası Nənəqız Yunisova arasında qarşıdurma baş verib.

Qeyd edək ki, şəhid ailələri bundan öncə  də Parlamentin, Prezident Administrasiyasının və “Azərsığorta”  Dövlət Sığorta Kommersiya Şirkətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.

Xatırladaq ki,  2018-ci ilin aprelində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda üzvləri həlak olmuş şəhid ailələrinə 11000 AZN birdəfəlik müavinət verilməsi barədə sərəncam imzalayıb. Sərəncm təxminən 9 minə yaxın şəhid ailəsini əhatə edir və oktyabr ayından müavinətlərin ödənişinə başlanılıb.

Namir Həsənli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin