Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib

0
10

“Rəsmi Moskva ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında sazişdən çıxmasına və nüvə raketlərini Avropada və Asiyada yerləşdirməyə başlamasına simmetrik cavab verəcək”. 

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözlər Rusiya Federasyasının müdafiə naziri Sergey Şoyqunun “Rusiya 24” kanalına verdiyi müsahibəsində səsləndirilib.

“Amerikalılar Asiya və Sakit okeanda peyda olmadığı müddətcə, bizim də oralarda işimiz olmayacaq”, – deyə o, qeyd edib.

Müdafiə naziri Rusiyanın Birləşmiş Ştatlara bu mövzu ilə bağlı dialoq təklifini təkrarlayıb: “Biz bir-bir, bütün qapıları onlar üçün açdıq. Fəaliyyətimizlə bağlı bütün addımlarımızı şəffaflıqla onlara göstərdik”.

Rusiyalı nazirin fikrincə, ABŞ sazişdən çıxmaq üçün sadəcə bəhanə gəzib. O, buna sübut olaraq rəsmi Vaşinqtonun anlaşmanın müddətinin bitməsinə qədər artıq raket proqramını işə salmasını göstərib.

“Tramp administrasiyası müqavilə ilə bağlı qərarını açıqlamazdan 8 ay öncə, yəni demək olar ki, 1 il qabaq orta mənzilli raketlərin işlənib hazırlanması üçün büdcədə vəsait ayırmışdı”, – deyə müdafiə naziri yaranan situasiyaya görə günahı ABŞ tərəfinin üzərinə yıxmağa çalışıb.

Qeyd edək ki, OKMRL-in qüvvəsi bu il avqustun 2-də başa çatıb. ABŞ Rusiyanın daha çox “İsgəndər” olaraq tanınan, “9К720” tipli (NATO standartlarında SS-26 Stone), uçuş məsafəsi 500 km-dən çox olan raketləri quraşdıraraq sazişin müddəalarını çoxdan kobud surətdə pozduğunu bildirib.

Müqavilənin özü sə 1987-ci ildə Vaşinqtonda ABŞ prezidenti Ronalq Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov arasında imzalanıb. Buna görə tərəflər öz arsenallarında 500 km-dən 5,5 min km-ə qədər çatan yerüstü ballistik və qanadlı raketlər saxlaya bilməzlər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin