Xəbərlər

Rusiyada helikopter itib

Rusiyanın İrkutsk vilayətində geoloji kəşfiyyat aparan Mi-8 helikopteri ilə əlaqə kəsilib. AnTv.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, göyərtədə üç nəfər olub. Məlumat regionun fövqəladə xidmət nümayəndəsi tərəfindən yayılıb. “Mi-8 Ust-Kutdan geoloji kəşfiyyat aparmaq üçün havaya qalxıb. Müəyyən olunmuş vaxtda ekipajla əlaqə yaratmaq mümkün olmayıb”, - agentliyin həmsöhbəti deyib.