Rusiyada azərbaycanlı həmyerlisini öldürüb

0
10

Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayaraq öldürüb.

AnTV.az “donnews.ru”ya istinadən xəbər verir ki, hadisə ötən gün Taqanroq şəhərində baş verib.

Avtovağzal yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan iki azərbaycanlı arasında münaqişə başlayıb. Daha sonra tərəflərdən biri digərinin əlinə bıçaqla xəsarət yetirib. Ardınca zərərçəkmiş şəxsin qardaşı bıçağı götürərək onu öldürüb. Qətli törədən şəxs polisə təslim olub.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başladılıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin