Rusiya və Avropanın dollardan imtina iddiası

0
31

Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrupu yaradacaq.

Antv.az xəbər verir ki, bu haqda Rusiyanın baş nazirinin müavini Anton Siluanovun mətbuat katibi Andrey Lavrov məlumat verib.

“RİA Novosti”nin məlumatına görə, Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında keçirilən görüşdə ikitərəfli ticarət, o cümlədən enerjidaşıyıcılarının alqı-satqısı ilə bağlı hesablaşmaların dollarla yox, milli valyutalar – rubl və avro ilə aparılması müzakirəyə çıxarılıb.

Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Onun sözlərinə görə, beynəlxalq şirkətlərin milli layihələrdə iştirakı üçün hər hansı maneə yoxdur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin