Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək

0
19

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

AnTv.az “Haber7”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da V.Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin