Rus hərbiçiləri Ermənistanda təlim keçir

0
37

İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.

“AnTV.az “ “Novosti”yə istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.

Təlimə 2 mindən çox hərbçi, 400-ə yaxın avtomobil, zirehli texnika, o cümlədən “MiQ-29” qırıcı, “Mi-24P” və “Mi-8MTV” helikopterləri, pilotsuz uçan komplekslər cəlb edilib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin