“Ruhi xəstənin seçki siyahısında nə işi var?” – İqbal Ağazadədən ona hücum edənlə bağlı şok faktlar

0
39

Xəbər verdiyimiz kimi, keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektirik naqilinə müdaxilə edən şəxsin ruhi xəstə olması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. İ.Ağazadə isə daha öncəki açıqlamasında hadisə ilə bağlı qənaətlərinin olduğunu bildirmişdi. 

AnTV.az xəbər verir ki, partiya sədri açıqlamasında ruhi xəstə olduğu deyilən şəxslə bağlı bəzi faktları qeyd edib. Eyni zamanda əlində daha kəsərli bilgilərin olduğunu, məsələyə düzgün baxılmazsa, həmin faktları yayacağını söyləyib:

“Mən bir də hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm, işin araşdırılmasını istəyəcəyəm. Birincisi, mən onun ruhi xəstə çıxarılacağını təxmin etmişdim. Çünki bununla bağlı başqa olaylar var. Ruhi xəstə nəyə görə iki dəfə bütün Həzi Aslanov ərazisini dolaşıb, konkret ünvana gəlir? Əlində kəlbətin, yol boyu heç bir kəsin sayğacını kəsmədən gəlib mənim işığımı kəsir? Gözünün içinə qədər yalan danışır. Mən onu danışdırmışam, onun səs yazıları var. Onun dediyi heç bir fakt doğru deyil. Mən onu dolaşdıracaq suallar vermişəm, o sualların heç birinə cavab verə bilməyib. Onu qabaqcadan hazırlamışdılar ki, sənə bu sual verilsə, belə deyərsən. Hətta o qədər professianal hazırlamışdılar ki, onun üstündən mobil telefonu belə götürmüşdülər. Baxmayaraq ki, yarım saat əvvəl “MilliÖn” vasitəsilə telefonuna kontur yüklənilmişdi. Lakin gələndə tutulmaq ehtimalını nəzərə alaraq, onun telefonunu almışdılar ki, əlaqələri kimlədirsə, o əlaqələr bilinməsin.

Ruhi xəstə olan adam əlində soyuq silahla, konkret ünvana getmir. Ruhi xəstə olan adam qorxmur, heç vaxt da təhlükəni hiss etmir. Əgər o, ruhi xəstədirsə, təhlükəsiz yollarla getməyi düşünmür, gəldiyi yollarla geri qayıdır. Adam hərəkət trayektoriyasını o qədər dəqiq seçmişdi ki, haradan mərkəzi küçəyə çıxmasını belə bilirdi. Ruhi xəstə idisə, gələn kimi niyə mənə müqavimət göstərdi? Niyə məni vurmaq istədi? Ruhi xəstə kəsər, çıxıb gedər.

Bu, sifarişlə olan şeylərdir. Hüquq-mühafizə orqanlarına, şəxsən, cənab Vilayət Eyvazova, baş prokror Zakir Qaralaova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə mürtaciət edirəm ki, bunun obyektiv araşdırılmasını təmin etsinlər. Əks-təqdirdə əlimdə olan məlumatları, bilgiləri ictimaiyətlə paylaşacağam. Bu da böyük skandal yaradacaq. Araşdırsınlar. O, ruhi xəstə deyil. Ruhi xəstə olan adam Xətai Rayonunun 36-cı seçki dairəsinin, 18-ci məntəqəsində səsvermə hüququna malik adam kimi seçki siyahısındadır. Adamın ruhi xəstə olduğunu isbat edən hansı sənədi ortaya qoyurlar? Ruhi xəstənin seçki siyahısında nə işi var?

Hələ bu dediyim çox xırda nüanslardır. Bunun nədən ötrü edildiyini bilirəm. Niyə göndərildiyini də bilirəm. Həmin şəxs 45 gün öncə də bunu etmişdi. Bununla bağlı video materiallar təqdim olunmuşdu. Şikayət ərizəsi verilmişdi. Niyə 45 gün içində tapılmırdı? Niyə vətəndaşın 45 gün ərzində şikayəti araşdırılmırdı? Niyə mən həmin adamı tutandan sonra məlumat yayırlar ki, adam ruhi xəstədir? Mən onu tapmağı polisin vəzifəsi hesab edirəm. Polisə isə həmin şəxsin tutulması üçün kifayət qədər material vermişdim. Niyə tutmurdu? Dedi ki, onu müəyyənləşdirmək çox çətindir. Video materialsız belə cinayətkar saxlanıla bilər. Yox, heç kim ruhi xəstə deyil. Ruhi xəstənin cibində 3 dənə bank kartı var idi”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin