Riyad Əliyevin barəsində bir necə maddə ilə cinayət işi açılıb – ALMANİYADA

0
1598

Azərbaycanda dələduzluqla məşğul olduğuna görə, uzun müddət həbs olunan və həbsdən azad olunduqdan sonra Almaniyaya mühacirət edən, özünü Təfəkkür Universitetinin təsisçilərindən biri və bu universitetin Kiyev filialının rektoru adlandıran Riyad Əliyevin barəsində Almanyanın Blifeld Prokurorlugunda bir necə maddə ilə cinayyət işi açılıb.

 AnTV.az-ın xəbərinə görə, R.Əliyev 100-lə Azərbaycan vətandaşını aldadaraq, mühacir kimi  əvvəlcə Macarıstana, sonra isə Fransaya aparıb yerləşdirən, cinayyət ortağı dələduz “preofessor” Elşad Abdullayevin dəstəyi ilə Almanyada yerləşən Riyad Əliyevin haqqında Almanya Prokurorluğu tərəfindən aparılan 4 aylıq araşdırma başa çatıb.

Belə ki, artıq Almaniya Prokurorluğu Riyad Əliyevi  törətdiyi cinayətlərdə suclu bilərək, onu müqəssir kimi tanıyıb. Buna səbəb isə, Riyad Aliyevin Fransada yasayan dələduz “professor” Elsad Abdullayev və Almanyada yasayan Firudin Dugiylə cinayət əlaqəsinə girərək, Avropada yaşayan azərbaycanlı miqrantların əleyhinə qabaqcadan əlbir olub planlı şəkildə  şantaj və böhtan xarakterli videolar hazırlamasıdır.

Məlumatda bildirilir ki, R.Əliyevlə E.Abdullayev Almanyada  tüfeyli  həyat tərzi sürən alkoqolik, içki düşkünü,  sərgərdan bomj həyatı sürən, əslən erməni olan şəxsə pul verərək, ona Yeganə Əmiraslanova, Əli Oğuz, Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rza və müstəqil media menecer, blogger Fuad Ağayevin haqqında həqiqətə uygun olmayan, eləcə də törətmədikləri cinayətdə şuçlayan bəyanatı yaydırmasıdır.

Belə ki, sözügedən şantaj və böhtan xarakterli bəyanat erməni bomj tərəfindən video görüntuyə alınıb hazırlandıqdan cəmi 1 dəqiqə sonra Riyad Əliyev və Fransada yaşayan Rusiya xusisi xidmət orqanları tərəfindən Fransaya yerləşdirilmiş  Elşad Abdullayev  tərəfindən eyni zamanda sosial şəbəkələrdə qərəzli olaraq yayımlanıb.

Məlum olayda adları hallandırılan mühacirlər isə R.Əliyevin, E.Abdullayevin və şər-böhtan xarakterli video-müraciət hazırlayan erməni bomjun məsuliyyətə cəlb edilməsi üçün Almanya Daxili İşlər Nazirliyinə şikayət ediblər. Polisin apardığı yoxlamalar nəticəsində hadisənin Riyad Əliyev və Elşad Abdullayev tərəfindən törədildiyi bəlli olub, artıq təsdiqini tapıb.

Toplanılan materiallar maddi sübut kimi Bilifeld Prokurorlugu ilə yanaşı Fransa Respublikasının Baş Prokurorluguna da göndərilib.

Bundan başqa Riyad Əliyev və Elşad Abdullayev mütəmadi olaraq, saxta səhifələr üzrəindən insanlari təhqir etdiklərinə dair Facebook  şirkətinin verdiyi rəylər də cinayət işinə əlavə olunub.

Hazırda Almaniyanın Blifeld Baş Prokurorlugu bu şikayətlə və faktla bağlı istintaq aparır. Əldə etdiyimiz məlumata görə, artıq Almanya BAMF (Qacqinlarla və Miqrantlarla iş üzrə dövlət idarəsi) Riyad Əliyevə ikinci dəfə oturum verməkdən imtina edərək, müraciətinə rədd cavabi verib.

Əməkdaşımız Almaniyanın Blifeld şəhər Baş Prokurorluğuyla əlaqə saxlayıb. Prokurorluğun əməkdaşı baş verən hadisəylə bağlı faktı təsdiqləyib. Prokurorluq əməkdaşı bildirib ki,  Riyad Əliyev haqqında başqa şəxslərin  Almanya ərazisində cinayət törətdiyinə dair məlumat və şikayətləri olarsa, aşagıdakı ünvana rəsmi yazılı müraciət etmələrini tövsiyyə edib.

Xatırladaq ki, Riyad Əliyev və Elşad Abdullayevlə bağlı şikayəti olanlar bu ünvana müraciət edə bilərlər:  “Statsanwaltsschaft Bielefeld, Rohrteichstr.16 33602 Bielefeld ”.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin