Rəsul Quliyevdən ŞOK AÇIQLAMA – Qarabağ və Dağlıq Qarabağ heç vaxt Ermənistanın olamayacaq!

Rəsul Quliyev

“Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi.

AnTV.az xəbər verir ki, bu sözləri eks-spiker, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev bildirib.

R. Quliyev deyir ki, ermənilər bir məsələni anlamağı qarşılarına məqsəd kimi qoymalıdırlar ki, ilk növbədə indi 18-ci, 19-cu hətta 20 əsr olmadığını başa düşməli və qəbul etməlidirlər.

“Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi.

“Krım da xoşuma gəlir, mənim sərhədimdədir onu da Osmanlı imperiyasından alıram kim mənə nə deyə bilər” siyasətinin qurbanıdır. Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək artıq mümkün olmadı. Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Pribaltika ölkələrinin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopatdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar.

İndi iş elə gətirib biz qonşu ölkələr olmuşuq. Erməni xalqı işğal etdiyiniz Azərbaycan toppaqlarının heç bir qarışıda heç vaxt sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir. Ona görədə uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üstündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxardacaq. Ona görə oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır.”

 

AnTV.az