Rəsul Quliyevdən hökümətə çağırış: “Karantin rejimi 14 gün daha kəskin sərtləşdirilsin!”

Rəsul Quliyev

Sabiq spiker Rəsul Quliyev Azərbaycanda karantin rejiminin sərtləşdirilməsini istəyib.

AnTV.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkədə olan hesabında yazıb. Eks-spikerin sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin etmək və dünyaya yenidən açmaq üçün mövcud qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.

Məlum paylaşımı oxucularımıza təqdim edirik:

“Azərbaycanlılar koronavirusun təhlükəsini axıra qədər başa düşmürlər. Karantin rejiminə əməl etməyənlərin sayı artdıqca xəstəliyə yoluxanların da sayı artır. Bu isə ölkənin dünyadan izolyasiyasına gətirib çıxarır və iş yerlərinin açılmasına mane olur. Nəticədə virusun yayılmasına şərait yaradırlar. Vətəndaşlara hökümətin pulla köməyi əbədi davam edə bilməz. İnsanlar işləməli və pul qazanmalıdırlar. Bunun üçün hökümət xalqın gələcəyi naminə ən azı 14 gün çox sərt karantin rejimi tətbiq etməli və sonradan ölkəni həm daxildə, həm də xaricə tədricən açmağa başlamalıdır.”

 

AnTV.az