Siyasət

Rəsul Quliyevdən atəşkəslə bağlı AÇIQLAMA

Eks-spiker atəşkəslə bağlı fikirlərini açıqlayıb.

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, ictimai-siyasi xadim Rəsul Quliyev Azərbaycanla Ermənistan arasında Rusiyada bağlanan humanitar atəşkəsi dəstəkləməyib. O, öz sosial hesabında bildirib ki, bu imzalanan atəşkəs yalnız Ermənistana sərf edəcək:

"Vətən müharibəsi

 Düşünürəm ki, müharibəni  72 saatlıq saxlamaq olmaz. Bundan Ermənistan istifadə edəcək. Torpaqları azad etmədən, heç bir müddət göstərmədən danışıqları uzadacaq."

Sabiq sədr atəşkəsin ən çox 24 saatlıq imzalanmasının tərəfdarıdır: 

"Humanitar məqsədlə müharibə dayandıralacaqsa 24 saatdan çox çəkməməlidir. Bu məqsədlə müharibəni müəyyən bir zonada da müvəqqəti saxlamaq olar. Bütövlüklə yox."