Rəsul Quliyev xalqı seçkiyə çağırdı

0
434
Eks spiker Rəsul Quliyev

“Ağlınızı başınıza yığın, çalışın parlament seçkilərində aktiv iştirak edib yer qazanasınız.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev bəzi müxalif qüvvələrin parlament seçkilərini boykot etməsini şərh edərkən deyib.

Eks-spiker hesab edir ki, Milli Məclisin buraxılması prezidentin özünə yeni komanda yığmaq istəməsi ilə izah oluna bilər:

“Ölkənin müxalifət cəbhəsindən olanların erkən seçkilər keçirməklə əlaqədar izahatları arxi abstrakt izahatlardır və məntiqdən uzaqdır. İddia olunur ki, hakimiyyət kim və ya kimlər üçün yeni, daha müti komanda yaradır. Ay yazıq siyasətçilər, məgər bu gün mövcud olan parlamentdən dahada müti parlament yaratmaq mümkündürmü? Bu gün yuxarıdan gələn komandanı parlament heç bir müzkirəsiz qəbul edir, sizcə bu həqiqət deyilmi? Bu gün “səlahiyyətlərinizdən əl çəkin” komandası heç 30 dəqiqə belə müzakirə edilmədi və canfəşanlıqla səs verildi. Bu lap Sovet dövründəki anektoda oxşadı. İnsanlara istənilən cəzalar verilir, məsələn maaşlar aşağı salınır, qiymətlər qaldırılır ancaq camaat başın aşağı salıb gedir. Bir gün camaata “sabah gəlin sizin hamınızı asacayıq” elanı verirlər. Camaat yenidən bir şey demədən dağılmaq istəyəndə Sovetin başçısı kiminsə əlini qaldırmaq istədiyini görür və sevinir, ay kişi yaxına gəl etiraz etmək istəyirsən soruşur. Yox ay canım istəyirdim soruşam kəndiri özümüz gətirək ya verəcəksiniz.”

R.Quliyev buraxılan ali orqanın heç bir perspektivi olmadığını bildirib:

“İndi buraxılan parlament buna bənzər bir təşkilat idi. Özünün məhv edilməsinə səs vermək üçün növbəyə dayanmışdılar. Müti parlament axtaran kim və ya kimlərsə məgər belə bir parlamenti buraxarmı, əksinə çalışar ömrünü iki dəfədə uzatsın.”

Tanınmış siyasətçi Azərbaycan xalqını seçkilərdə iştırak etməyə dəvət edib:

“Ağlınızı başınıza yığın, çalışın parlament seçkilərində aktiv iştirak edib yer qazanasınız. Əgər məğlubiyyətinizə həmişəki kimi əminsinizsə başqalarını passivləşdirən bəyanatlar verməyin.”

 

Nurlan Cəfəri
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin